70 il qadağan olundu, ermənilər oğurlamaq istədi, Atatürk bəyəndi - "Çırpınırdı Qara Dəniz"in tarixi

Dillər əzbəri olan "Çırpınırdı Qara Dəniz" mahnısının yaranmasının maraqlı tarixi var.

Metbuat.az bildirir ki, "Çırpınırdı Qara Dəniz" mahnısını ermənilər nə qədər özünküşləşdirməyə çalışsalar da, bunu bacara bilməyiblər.

Osmanlı-türk ordusuna həsr edilən mahnının sözləri himnimizin sözlərinin müəllifi olan Əhməd Cavada məxsusdur. Əhməd Cavad I Dünya müharibəsi illərində "Azərbaycan Xeyriyyə Cəmiyyəti"nin xətti ilə Türkiyənin şərq əyalətlərinə yardıma gedir. O, Osmanlı ordusunun mübarizliyinə heyran qalaraq şeirlər yazmağa başlayır.

1914-cü ildə isə şair "Çırpınırdı Qara Dəniz" şeirini yazıb. 1918-ci ildə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyir. Mahnı Azərbaycana köməyə gəlmiş Qafqaz İslam Ordusuna həsr edilir.

Şeir 1919-cu ildə Əhməd Cavadın "Dalğa" kitabında nəşr edilib. Hətta bu şeiri eşidən Mustafa Kamal Atatürk onu bəyənir və ifaçılara təşəkkür edir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra isə, sovet hakimiyyəti 70 ildən çox bu mahnının səsləndirilməsinə icazə verməyib. Bundan istifadə edən ermənilər mahnının sözlərinin XVIII əsrdə yaşamış və əsərlərini əsasən türk dilində yazmış erməni şair Sayad Novaya aid olduğu iddia ediblər.

1993-cü ildə isə "Çırpınırdı Qara Dəniz" yenidən səsləndirilib və bütün türk dünyasının himninə çevrilib.

Azərbaycanın Xalq artisti Azərinin ifasında isə mahnı olduqca məşhurlaşıb və dillər əzbəri olub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı