"Əliyevin bu davranışını heç vaxt unutmayacağam" - Ərdoğan

“İlham Əliyevin və Azərbaycan xalqının 6 fevral zəlzələsindən sonra Türkiyə ilə göstərdikləri həmrəyliyi heç vaxt unutmayacam”.

Metbuat.az “Haberturk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib:

“Elə bizim xalqımız kimi azərbaycanlı qardaşlarımız da səfərbər oldu, zəlzələ qurbanlarımız üçün hərəkətə keçdi. Seçki prosesində Azərbaycan xalqının mənəvi dəstəyinin şahidi olduq. 28 may gecəsi Ankara və İstanbulda olduğu kimi Bakıda da eyni ruh yüksəkliyi, eyni həyəcan, eyni xoşbəxtlik var idi.

Bizim millətimiz qədər azərbaycanlı bacı-qardaşlarımız da seçkidəki qələbəmizə sevindi. Səfərimizlə həm mənəvi dəstəyə və dualarına görə onlara təşəkkür etdik həm də gündəliyimizdəki məsələləri ətraflı müzakirə etdik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR