​“Fənərbaxça”da Arda Gülərlə bağlı qalmaqal

“Fənərbaxça” gənc istedadı Arda Güləri komandada saxlamaq istəyir.

Metbuat.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ardanın özü isə sərbəst qalma şərtindən istifadə edərək, Avropaya transfer olmaq istəyir. Bunun fonunda Ardanın anası Serap Gülərin paylaşımı fənərbaxçalı azarkeşləri narahat edib. Serap Güler tvitter hesabında Ardanın “Fənərbaxça“dan gedəcəyinə dair paylaşım edib. Serap Gülərin paylaşımından sonra Arda ilə bağlı daha bir həqiqət üzə çıxıb.

“Sports Digitale” baş redaktoru Yağız Sabuncuoğlu bildirib ki, gənc oyunçu notariusda meneceri Həsən Çetinkayaya verilən icazə sənədinə xitam verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı