"Fənərbaxça"nın düşərgəsindən qaçan futbolçu Avropa nəhənginə keçir

"Bavariya" "Fənərbaxça"nın keçmiş müdafiəçisi Kim Men-Ceni transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, "Napoli"nin müdafiəçisinin uğurlu oyunu Avropa nəhənglərinin diqqətini cəlb edib. “Mançester Yunayted” futbolçunu transfer etməyə çalışsa da, “Bavariya” öndədir. 26 yaşlı futbolçu “Bavariya”ya keçməyə razılıq verib. Qeyd edək ki, Kim Men-Ce "Fənərbaxça"nı özbaşına tərk edərək, “Napoli”yə qoşulmuşdu. “Napoli” klubu futbolçunun azad agent olması üçün lazım olan məbləği ödəmişdi.

Cənubi Koreyalı müdafiəçi ötən mövsüm “Napoli”nin heyətində ümumilikdə 45 oyun keçirib. Müdafiədə kritik çıxışları ilə bəyənilən Kim Men-Ce iki qol vurub, iki məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR