Şahruddinin komandası "Qalatasaray"a uduzdu

Türkiyə Superliqasında 34-cü tura start verilib.

Metbuat.azxəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" öz meydanında lider "Qalatasaray"la qarşılaşıb. Görüşdə İstanbul komandası 3:0 hesablı qələbə qazanıb. Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Qalatasaray" 93 xalla 1-ci, "Adana Demirspor" isə 41 xalla 11-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR