Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisi adına əsas namizəd bəlli olub.
Metbuat.az-ın məlumatına görə, bu barədə italiyalı məşhur jurnalist Canluka Di Marzio iddia irəli sürüb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi italiyalının həmyerlisi Vinçentso Montellaya tapşırılacaq. 49 yaşlı mütəxəssis "İnter"də çıxış edən hücumçu Edin Cekonu da yeni komandasına aparmaq niyyətindədir.
Qeyd edək ki, Vinçentso Montella son olaraq "Adana Demirspor"da işləyib.