Bakıda klinikadan oğurluq olub

Bakıda klinikadan oğurluq olub.

Metbuat.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, iyunun 8-də Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Səfərov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı