Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb.
Metbuat.az xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil: "Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır".
Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, Rolls-Royce avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur.