Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

AVRO-2024-ün seçmə mərhələsində III turun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi Estoniya ilə mübarizə aparıb. “Dalğa Arena”dakı qarşılaşma autsayderlərin dueli sayılırdı.

Görüşdə ilk qolu qonaqlar vurublar. 27-ci dəqiqədə Rauno Sappinen fərqlənib. İlk hissədə zəif təsir bağışlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib.

Qeyd edək ki, qrupumuzun digər matçında liderlər qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunda Belçika Avstriyanı sınağa çəkəcək.

AVRO-2024-ün seçmə mərhələsi
III tur, F qrupu
17 iyun
20:00. Azərbaycan – Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Martin Miller, 27
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı. “Dalğa Arena”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR