Kişilərdən ibarət 3x3 basketbol millimiz 1/4 finalda

İyunun 18-də 3x3 basketbol üzrə kişi yığmamız Avropa kubokunun seçmə mərhələsində sonuncu qrup oyununu keçirib.

Metbuat.az xəbər verir ki, əlavə vaxta gedən oyunun yekununda Lüksemburq seçməsinə 14-16 hesabı ilə məğlub olan millimiz, qrupda 3-cü pilləni tutaraq 1/4 finala yüksəlib. Bu mərhələdə millimiz İrlandiya komandası ilə üz-üzə gələcək. Cütün qalibi yarımfinalda Lüksemburq yığması ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR