Türkiyəli məşhur futbol mütəxəssisi Sərgən Yalçın "Neftçi"nin baş məşqçisi ola bilər.
Metbuat.az "Qol.az"a istinadən bildirir ki, bu haqda ötən gündən başlayaraq xəbərlərin yayılması aktivləşib. Məlumatlar həm Azərbaycan, həm də Türkiyə mediasında yayılıb.
Lakin hələlik nə Sərgən Yalçın, nə də "Neftçi" tərəfindən bu məsələyə dair açıqlama verilib. Xəbər hələlik təsdiq edilmədiyi kimi, heç təkzib də olunmur.