Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi qaydaları təkmilləşdirildi

Əhalinin qida təhlükəsizliyinin təmin edilməsi qaydalarında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na edilən dəyişiklikdə “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və ya təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi prosedurlarının müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi əhalinin sağlamlığının qorunmasına, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınmasına, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin müasir və beynəlxalq tələblərə uyğun və təkmil prosedurlar əsasında aparılmasına imkan yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı