"Bu eksperti bir də efirə dəvət etməyin" - Amil Xəlil çağırış etdi / VİDEO

Aparıcı Amil Xəlil canlı efir zamanı həmkarlarına çağırış edib.

Metbuat.az xəbər verir ki, o, aparıcısı olduğu "Gəl, danış" proqramında kultroloq Aydınxan Əbilovu bir daha efirə dəvət etməyəcəyini deyib.

Daha sonra Amil, "Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz", - sözlərini söyləyib:

"O, aparıcılarla bağlı bir status yazıb. Guya ki, biz buna yalvarırıq ki, efirə gəl... Əvvəl mənə dedi ki, sənə aidiyyəti yoxdur.

Sonra dedi ki, sənə də aidiyyəti ola bilər.

Mən şəxsən Aydınxan Əbilovu verilişimə çağırmayacağam. Özünə hörmət edən normal aparıcı da onu verilişinə çağırmasın. Adam gəlir burada camaatın üstünə çıxır. Sonra da deyir ki, "Mənim üstümə qışqırırlar...".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı