Laçınlılar üçün xoş gün: Evlərin açarları təqdim edildi - FOTO

Böyük Qayıdış proqramı çərçivəsində bu gün geri qayıdan 13 keçmiş məcburi köçkün ailəsi evlərinin açarlarını təhvil alıb.

Metbuat.az xəbər verir ki, Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir.

Bu gün Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində ümumilikdə 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı