"Şuşanın əldən çıxması dönüş nöqtəsi oldu..." - Paşinyan

"2020-ci il noyabrın 9-da mən Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım".

Metbuat.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında bildirib. O qeyd edib ki, Azərbaycanın Şuşanı azad etməsi müharibədə dönüş nöqtəsi olub:

"Əlbəttə, Şuşanın süqutu prosesi dönüş rolunu oynadı. Çünki Şuşa təkcə simvolik məna daşımırdı, həm də strateji əhəmiyyəti var idi. 9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhd idi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR