​“Blinken Çində faydalı işlər görüb” - Bayden

“Blinken Çində faydalı işlər görüb”.

Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden dövlət katibinin Pekinə səfərinə münasibət bildirərkən belə deyib. Jurnalistin Blinkenlə əlaqə saxlayıb-saxlamadığı barədə suala Bayden onunla milli təhlükəsizlik məsələləri üzrə müşavir Ceyk Sallivan vasitəsilə əlaqə saxladığını bildirib. Bayden Blinkenin səfəri sayəsində Çinlə əlaqələrdə irəliləyiş əldə edildiyini vurğulayıb.

Qeyd edək ki, Baydenin prezidentliyi dövründə Blinken Çinə səfər edən ən yüksək rütbəli rəsmi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı