İtaliya nəhəngləri "Qalatasaray"ın futbolçusu üçün hərəkətə keçdi

İtaliyanın "Fiorentina" klubu "Qalatasaray"ın futbolçusu Nikolo Zaniolonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, adı "Yuventus" və "Milan"la hallanan Zaniolo üçün “Fiorentina”nın danışıqlara başladığı iddia edilir. “Sky Sport” xəbərinə görə, “Fiorentina” Zaniolonun transfer etmək üçün futbolçuya təklif irəli sürüb. İtaliya klubunun nümayəndələri Nikolo Zaniolonun yaxın ətrafı ilə görüşərək, detalları öyrənib.

“Fiorentina” klubuna "Qalatasaray"la da əlaqə saxlamalı olduğu bildirilib və futbolçunun müqaviləsindəki 35 milyon avroluq sərbəst qalma məbləği xatırladılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR