İmtahanda maksimum balı kənd məktəbinin müəllimi topladı - FOTO

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb. Bu, Salyan rayonunun Salman Zəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır.

Metbuat.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR