Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb.

Metbuat.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Çinarə Fəxrəddin qızı Süleymanova iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024) 275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR