Ceyhun Bayramov britaniyalı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.

Görüş zamanı tərəflər Azərbaycan və Böyük Britaniyanın dostluq münasibətlərini müzakirə ediblər.

Onlar, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı