Azərbaycanlı futbolçular Türkiyə komandasında legioner hesab olunmayacaq

2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.

Metbuat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə qərar qəbul edib.

Bildirilib ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq.

Qeyd edək ki, Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməyə icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı