Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 14%-dən çox artıb

2023-ci il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 20,659.3 mln. manat təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, may ayının 1-nə olan göstərici ilə müqayisədə 1.4% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 14,2% və ya 2 mlrd. 561 mln. manat artıb. Belə ki, 2022-ci ilin iyun ayının 1-nə kredit qoyuluşlarının həcmi 18,098.3 mln. manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı