ABŞ Rusiyanın 2 kəşfiyyatçısına sanksiya tətbiq etdi

ABŞ Rusiyanın 2 kəşfiyyatçısına sanksiya tətbiq edib.

Bu barədə Metbuat.az "RBK"ya istinadən xəbər verir.

Onların Aleksey Suxodolov və Yeqor Popov olduğu bildirilib. Bu ilin aprelində ABŞ Ədliyyə Nazirliyi onların Federal Təhlükəsizlik Xidməti (FTX) zabitləri olduğunu açıqlayıb və Rusiyanın maraqlarına uyğun informasiya kampaniyası aparmaqda ittiham edib.

Qeyd edilib ki, A.Suxodolov və Y.Popov 2014-cü ilin noyabrından 2022-ci ilin iyulunadək ABŞ-a qarşı yönəlmiş “xarici təsir kampaniyasında” iştirak edən antiqloballaşma hərəkatının prezidenti Aleksandr İonovun fəaliyyətini Moskvadan yönləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı