Moskva antiterror əməliyyatları keçirir

Moskvada antiterror tədbirləri həyata keçirilir.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, paytaxtda təhülkəsizlik tədbirləri gücləndirilib.

“Daxil olan məlumatlara əsasən Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət mümkündür. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın”, - deyə şəhər meri Sergey Sobyanin bildirib.

Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. "Vaqner" artıq Rostov şəhərini nəzarətə götürüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı