Taksilərə taksometr quraşdırılacaq? - Nazir müavinindən açıqlama

"Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

"Eyni zamanda hansısa vətəndaş smartfondan istifadə etmədikdə cihaz quraşdırılması mümkündür", - deyə o qeyd edib.

Nazir müavini reys qabağı müayinə məsəsləsinə də diqqət çəkib: "Reys qabağı müayinə dedikdə sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlannılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burda müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək", - deyə R.Hümbətov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı