Bakıda 2 nəfər iş yerində öldü - FOTO

Bakıda 62 yaşlı kişi iş yerində ölüb.

Metbuat.az Qafqazinfo.az xəbər verir ki, hadisə Binəqədi rayonu Ordubadi küçəsində inşa edilən “Binəqədi Rezidens” kompleksində qeydə alınıb.

1963-cü il təvəllüdlü C.Quliyev kompleksin sanitar qovşağında dünyasını dəyişib.

Oxşar hadisə Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində yerləşən mağazada da baş verib. Orada işləyən 1966-cı il təvəllüdlü R.Mahmudov iş başında olarkən halının pisləşməsi səbəbindən vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı