Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi

Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Metbuat.az xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

Deputatlar təbriki alqışlarla qarşılayıblar.

S.Qafarova bildirib ki, bu gün silahlı qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdəliklərinə düşən vəzifələri layiqincə yerini yetirirlər.

O qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub.

“Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas edilib. Tarixi ədalətin öz yerini tutması dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanan əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək, dünyanın ən güclü orduları sırasında öz mövqeyini, yerini möhkəmləndirəcək. Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarını və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıram”, - deyə S.Qafarova əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı