FHN-in əməkdaşları "Zəfər" zirvəsinə yürüş ediblər - FOTO

25-26 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən "Zəfər Azərbaycanındır!" adlı ekspedisiyanın tərkibində "Zəfər" zirvəsinə yürüş ediblər.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan əməkdaşlar, burada Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı zirvədə dalğalandıraraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı