Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək

10 iyul saat 18:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəki Dövlət Dram Teatrında Ulu öndər Heydər Əliyevin 100 illik, teatrın 150 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən!.." tamaşası ilə çıxış edəcək.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyevdir.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR