Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 727 milyon 342 min ABŞ dolları dəyərində 42 min 394 ton yük daşınıb.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,2 % və 38,1 % çoxdur.
O cümlədən, 5 ay ərzində hava nəqliyyatı ilə ixrac olunan 129 milyon 68 min ABŞ dolları dəyərində 38 min 79 ton yük ixrac olunub, 598 milyon 273 min ABŞ dolları dəyərində 4315 ton yük idxal olunub.
Qeyd edilən dövrdə ixrac olunan yükün dəyəri 27,3 %, həcmi 41,6 %, idxal olunan yükün isə dəyəri 13,8 %, həcmi 7,8 % artıb.