Neftçalada 4 otaqlı evdə yanğın olub

Neftçala şəhərində ümumi sahəsi 96 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün (qamış və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR