Doğuşla Xoşqədəmin ayrılıq xəbəri yayıldı - FOTO

Tanınmış türkiyəli müğənni Doğuşun azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızından ayrıldığı iddia olunur.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məqalə yayımlayıb.

Boşanma qərarına Doğuşun Xoşqədəmin ailəsi ilə yaşadığı problemlərin səbəb olduğu iddia edilir.

Bakıda yaşayan və həyat yoldaşı ilə birlikdə veriliş aparan müğənni xanımı ilə uşaqlarını burada qoyaraq İstanbula gedib.

Onun boşanmada israrlı olduğu bildirilir. Doğuşun Xoşqədəmi instaqramda izləmədən çıxarması və onunla olan bütün fotolarını hesabından silməsi də diqqət çəkib.

Qeyd edək ki, 9 il əvvəl evlənən cütlüyün əkiz övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı