FHN Lerikdə evləri yararsız vəziyyətə düşən şəxslərə çadır ev qurub - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı