"Real"ın yeni 9 nömrəsi Mbappe - Peres "sərvəti" ona ayırdı

“Real Madrid” klubdan ayrılan Kərim Benzemanın 9 nömrəli formasını heç bir futbolçuya vermir.

Metbuat.az xəbər verir ki, “Real” 9 nömrəli formanı PSJ-dən ayrılması gündəmə gələn Kilian Mbappe üçün saxlayır. Fransız hücumçunun adı “Real Madrid”lə hallansa da, hələlik transfer reallaşmayıb. “ESPN” xəbər verir ki, Kilian Mbappe bu yay İspaniyaya getməyə çalışır.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi gələn il başa çatır. PSJ onun azad agent kimi ayrılmasına razı olmadığı üçün satışından gəlir əldə etmək istəyir. Klublar arasında 250 milyon qarşılığında razılıq əldə edildiyinə dair xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR