3 gün davam edəcək Vaşinqton görüşü: Masada nələr var?

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar 3 gün davam edəcək.

Vaşinqton görüşündən əvvəl mayın 19-da, Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutmuşdu. Bu gün baş tutacaq görüş iyunun 12-nə planlaşdırılsa da, təxirə salınmışdı.

Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün nələri müzakirə edəcəklər?

Metbuat.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu məsələlərin kökündə sadəcə iki ölkə arasındakı münasibətlər dayanmır, regional vəziyyət müzakirə olunmalıdır:

"Rusiyada baş verən son proseslərin fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin, eləcə də xarici siyasət idarələrinin rəhbərlərinin görüşləri bölgədə baş verə biləcək yeni dizaynın müəyyən olunması ilə bağlıdır. Gedişat göstərir ki, Rusiya ilə əlaqədar vəziyyət qənaətbəxş deyil. Bu mənada region ölkələri hansı addımı atmalıdır, bu, maraqlıdır.

İkincisi, Priqojinin qiyamından sonra baş verə biləcək proseslər ABŞ-yə təşəbbüsü öz əlində saxlamağa imkan verir. İki dövlət arasında sülh məsələsi, həm də ümumi münasibətlərin vəziyyətinin konteksi müəyyən olunmalıdır".

Əziz Əlibəyli: "İran danışıqlarla Azərbaycanı aldatmaq istəyir"

Əziz Əlibəyli

Siyasi şərhçi bildirib ki, Ermənistanın Laçın sərhəd-keçid buraxılış məntəqəsində sonuncu təxribatından sonra Azərbaycanın yenidən keçidi təmin etməsi müsbət addımdır:

"Öncə Azərbaycanın gündəliyində Arazdəyən metallurgiya zavodunun tikintisi ilə bağlı məsələ var. Yeri gəlmişkən, Azərbaycan müsbət yanaşma olaraq görüşdən əvvəl Laçın sərhəd-keçid buraxılış məntəqəsini açıb".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı