Badmintonçumuz Avropa Oyunlarında səkkizdəbir finala vəsiqəni təmin edib

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, qadınların şəxsi yarışında D qrupunun ikinci turu çərçivəsində Moldova təmsilçisi Vlada Ginga ilə qarşılaşan təmsilçimiz hər iki setdə rəqibini üstələyərək (21:10, 21:17) səkkizdəbir finala vəsiqəni təmin edib. Badmintonçumuz qrup mərhələsində son görüşünü iyunun 28-də Almaniya idmançısı Li Yvonneyə qarşı keçirəcək.

Qeyd edək ki, idmanın badminton növü Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Dünya çempionatından sonra "Paris-2024" Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı