Avropa Oyunları: Azərbaycan neçəncidir?

Polşanın Krakov şəhərində üçüncü Avropa Oyunları davam edir.

Metbuat.az xəbər verir ki, yarışda Azərbaycan milli komandası 14 idman növü üzrə 101 idmançı ilə təmsil olunur. Onlardan bəziləri çıxışlarını başa vurub.

Bu günə qədər Azərbaycan komandası ümumilikdə 8 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i isə bürüncdür. Bu nəticə ilə hazırda milli komandamız medal sıralamasında 24-cü yeri tutur.

Siyahıya əvvəlkitək İtaliya başçılıq edir. Bu ölkə yarışda 68 medal (21 qızıl, 21 gümüş, 26 bürünc) qazanıb.

Qeyd edək ki, Avropa Oyunlarına iyulun 2-də yekun vurulacaq.

Avropa Oyunlarında medal sıralaması (ilk 10-luq) - 28 iyuna olan nəticələr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR