"Əl-Əhli" "Çelsi"nin qapıçısını aldı

"Əl-Əhli" "Çelsi"nin futbolçusu Eduard Mendini transfer edib.

Metbuat.az Səudiyyə Ərəbistanı klubunun saytına istinadən xəbər verir ki, nigeriyalı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı London təmsilçisinin oyunçunu 16 milyon funt sterlinqə satdığını yazıb.

Qeyd edək ki, E.Mendi 2020-ci idən "Çelsi"də oynayırdı. O, klubun heyətində 105 oyuna çıxıb .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR