Bu gün axşam saatlarında Bakı-Şamaxı-Qəbələ yolunda sürüşmə baş verib.
Metbuat.az xəbər verir ki, sözügedən yolda böyük tıxac yaranıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.
Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb:
"Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur".