Gözlənilməz qərar - O da pulu seçdi

Braziliyalı hücumçu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun şərtlərini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabrizio Romano məlumat verib. O bildirib ki, “Liverpul”dan ayrılandan sonra azad agent olan futbolçu “Əl-Əhli” klubu ilə 3 illik razılığa gəlib. Onun illik məvacibi barədə məlumat verilməyib. Bəzi mənbələr yazır ki, Roberto Firmino yeni klubunda illik azı 50 milyon avro qazana bilər. Üstəlik futbolçu kluba azad agent kimi transfer olduğu üçün əlavə məbləğ əldə edəcək.

Qeyd edək ki, “Liverpul” Roberto Firmino ilə müqavilə imzalamaq istəsə də, futbolçu rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı