FHN xilasetmə əməliyyatı görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2016-cı il təvəllüdlü azyaşlının barmağında dəmir halqa qalaraq barmağın şişməsinə səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsərək çıxarıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR