Bakıdakı apteklərdən birində insident baş verib.
Metbuat.az sfera.az-a istinadən xəbər verir ki, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür.
Sayt Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-dən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik: