Fransa xalqı fövqəladə vəziyyətin tətbiq edilməsini tələb edir

Fransada etiraz aksiyalarından sonra xalq ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsini tələb edir.

Metbuat.az xəbər verir ki, bununla bağlı xalq arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin əksəriyyəti fövqəladə vəziyyətin tətbiq edilməsini istəyib. Araşdırmalara görə, əhalinin 69 faizi fövqəladə vəziyyətin elan edilməli olduğunu düşünür. Əhalinin 31 faizi fövqəladə vəziyyətin elan olunmasını istəmir. Baş nazir Elizabeth Borne hər şeyi nəzarət altına almaq üçün bütün variantların masada olduğunu bəyan edib.

Sorğuya görə, fransızların 57 faizi polisə güvənir və ya onlara rəğbət bəsləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı