​"Fənərbaxça" “Liverpul”un ulduz futbolçusunu alır

"Fənərbaxça" klubu “Liverpul”un futbolçusu Tiaqo Alkantaranı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Tiaqo Alkantaranın “Liverpul”la bir il daha müqaviləsinin olmasına baxmayaraq, onun İngiltərə nəhəngindən ayrılmaq istədiyi iddia edilir. Futbolçunun son davranışı bu iddiaları daha artırıb. Məlumata görə, Tiaqo Alkantara sosial media hesabındakı biroqrafiyasında “Liverpul”da oynadığına dair məlumatı silib. İddia edilir ki, “Fənərbaxça”nın təklifi futbolçunun diqqətini cəlb edib.

“Fənərbaxça”nın futbolçuya hələki rəsmi təklif göndərmədiyi, tərəflər arasında şifayi danışıqların olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR