Azərbaycan neftinin qiyməti artdı

    Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

    Metbuat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,52% və ya 0.41 dollar artaraq 79.59 ABŞ dollara ticarət edilib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı