Ebru Gündeşi Şəmkirə kiçik toya gətirən bu şəxs imiş - VİDEO

Məşhur türk müğənni Ebru Gündeş dünən Şəmkirdə toyda iştirak edib.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, toy rayonun Şiştəpə kəndində baş tutub.

Bildirilir ki, toy iş adamı Aydın Musayev oğlu Raminin ailəsində olub. O, 3 övladına kiçik toy edib. Toyda həmçinin Xalq artisti Röya da iştirak edib. Tanınmış aparıcı Leyla Quliyeva isə toyu idarə edib.

Xatırladaq ki, Aydın Musayevin Rusiyada iri ticarət mərkəzləri və biznesləri var. Bir neçə il öncə onun qardaşı Bayram Musayev öz oğlunun toyuna Türkiyəli məşhur müğənni Mustafa Cecelini gətirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı