Azərbaycanda "500 manat uşaqpulu" fırıldağı: Valideynlərin nəzərinə - FOTO

Teleqram sosial şəbəkə platformasında dələduzların yeni tələsi peyda olub.

Metbuat.az xəbər verir ki, istifadəçilərə 500 manat uşaqpulu müqabilində yönləndirilən linkə daxil olmaları üçün mesajlar göndərilir.

Texnlobloqçu Fərid Pərdəşünas bildirib ki, bu, “Telegram”da böyük və təhlükəli “spam” dalğasıdır:

"Linkə klik etdikdə bütün “telegram”kontaktlarınıza sizin adınızdan mesaj gedir. Bəzi istifadəçilərin ümumiyyətlə hesabına giriş edilir. Linkə daxil olduqda Prezidentin “web” səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün şəxsi məlumatlar tələb edilir. Belə mesaj aldıqda, daxil olmadan təcili silin".

Bir bunu deyən yazı "July 4 via @PostBot indi man öz kartıma dövlatdan 500 manat almışam. Uşaqlı har ailaya dövlat uşaq başına 500 manat ödayir. Aşağıdakı linki izlayin va alın 23:39 7 http://coinbidex.website GIF Message ☬" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı