Türkiyə qərarını dəyişdirsə biz də sözümüzə əməl edəcəyik - ​Macarıstan XİN

Macarıstan İsveçin NATO üzvlüyü məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcək.

Metbuat.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto belə deyib. O bildirib ki, Türkiyənin mövqeyində dəyişiklik olarsa, Macarıstan NATO-ya üzvlük prosesində heç bir ölkəyə mane olmayacağına dair verdiyi sözə əməl edəcək.

“Əgər Türkiyənin mövqeyində dəyişiklik olarsa, təbii ki, Macarıstanın NATO-ya üzvlük prosesində heç bir ölkəyə mane olmayacağına dair verdiyimiz sözə əməl edəcəyik”, - Szijarto bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı