Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri dəyişib.
Metbuat.az xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə həmin vəzifə Ceyhun Həsən oğlu Hüseynova həvalə olunub.