PSJ klubu Kilian Mbappeyə klubdakı gələcəyi ilə bağlı yekun qərarını bildirib.
Metbuat.az xəbər verir ki, PSJ Mbappeyə müqaviləni iyulun sonuna qədər uzatmağı, əks halda onu satışa çıxaracaqlarını deyib. “L'Equipe” xəbər verir ki, PSJ futbolçunun azad agent kimi klubdan ayrılmasını istəmir. PSJ Mbappeni satacağı təqdirdə hücumçu alacaq. Ona görə də, klub Mbappenin transferindən qazanc əldə etmək istəyir.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi gələn mövsüm başa çatır. Mbappe onu transfer etmək istəyən klublardan illik 240 milyon məvacib tələb edib. “Real Madrid” Mbappeni azad agent kimi kluba cəlb etmək istəyir.